Elxan Məmmədov: “Şeydayevin bu gün rəqib komandada yer alması, futbolçularımız üçün stimul idi”

AFFA-nın baş katibi Elxan Məmmədovun Newsport.az saytına müsahibəsi
 
- 21 yaşadək futbolçulardan ibarət milli komandamız Rusiyanı 3:0 hesabı ilə məğlub etdi. Millimizin qələbəsi barədə nə deyə bilərsiniz?
- Bu oyuna qədər 3 xalımız var idi. Bu gün isə daha 3 xal qazandıq. Ümid edirəm ki, bundan sonra da koamandamız belə inamlı çıxış edəcək. Söhbət tək qələbədən getmir. Yığmamız həm də bu gün 3 qol vurdu. Bu da çox vacib məqamdı. Inanıram ki, gələn oyunlarda da yığmamız bugünkü kimi gözəl, inamlı oyun nümayiş etdirəcək. Millimiz 1, 2 top fərqi ilə öndə olanda da hücum haqda düşünürdü.

 
- Ramil Şeydayevin Azərbaycan yığmasına dəvət alması hələ də müzakirə mövzusudur, yoxsa bu məsələ artıq qapanıb? 

- Bizim qapılarımız həm Ramil Şeydayevin, həm də Ayaz Quliyevin üzünə açıqdı. Əsas odur ki, biz təklifimizi göndərmişik, onlarla görüşümük. Bundan sonra onların vətənpərvər hissləri oynamalı və doğru seçim etməlidirlər.
 

 - Şeydayevin bu gün Rusiya millisinin formasını geyməsi U-21 yığmamız üçün əlavə stimul idi?
- Əslində, hər futbolçu bunu özü üçün stimul kimi qəbul edir. Çünki rəqibin heyətində azərbaycanlı futbolçu var idi. Şeydayev güclü futbolçudu. Belə oyunçunun bizdə olmasını yığmamızın üzvləri də istəyər. Məncə, bu gün onun rəqbin heyətində olması futbolçularımız üçün stimul idi. 
 
- AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla bağlı aparılan araşdırma nə yerdədir?
- Bildiyiniz kimi, bununla bağlı artıq komissiya yaradılıb, onlara müvafiq tapşırıqlar verilib. Nəticələr məlum olduqdan sonra bunu ictimaiyyətə açıqlayacağıq. Komissiya üzvlərinin kimliyini məxfi saxlamışıq. Onların kimliyindən yalnız AFFA və PFL rəhbərliyi xəbərdardır. 
 
- Olmazdı ki, Xaqani Məmmədov araşdırma bitənə kimi vəzifəsindən uzaqlaşdırılsın?
 - Komissyaya da 60 gün vaxt vermişik. Bu, uzun müddət deyil. Düşündük ki, o işini davam etdirsin. Ola bilər ki, araşdırma daha tez, 4 və ya 2 həftədən sonra da başa çatsın. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right