Elmar Baxşıyev: "Nə düşünmüşdüksə, komanda onu yerinə yetirməyə çalışdı"

"Araz-Naxçıvan" bu gün "Səbail"lə yoxlama oyununda üz-üzə gəlib.

Newsport.az-ın məlumatına görə, qarşılaşma Muxtar Respublika təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev matçdan sonra klubun mətbuat xidmətinə açıqlama verib:

"Hər iki oyundan razı qaldıq. Nə düşünmüşdüksə, komanda onu yerinə yetirməyə çalışdı. Yenə hər hissədə fərqli heyətlə oynadıq və hər kəsə eyni yükləməni verdik. Hansı çatışmazlıqlar var hər iki matçda gördük. Qarşıdakı məşq proseslərinda optimal formaya yaxınlaşacağıq".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right