"Kəpəz" Ukrayna və Qazaxıstanda oynamış futbolçu ilə anlaşdı

"Kəpəz" heyətinə yeni futbolçu cəlb edib.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, gürcüstanlı yarımmüdafiəçi Rati Ardazişvili ilə müqavilə imzalanıb.

26 yaşlı futbolçu ilə müqavilənin müddəti "6 ay + 1 il" müddətinə nəzərdə tutulub.

Qeyd edək ki, Ardazişvilinin son klubu "Samtrediya" olub. Gürcüstanın aşağı yaş qrupları üzrə yığmalarının, o cümlədən U-21 millisinin şərəfini qorumuş futbolçu bir neçə ölkədə legioner həyatı yaşayıb. O, Ukraynanın "Rux", Qazaxıstanın "Kaspi", "Jetısu" və Latviyanın "Liepaya" klublarında oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right