Avro 2017-nin qrup mərhəəsində 21 yaşadək futbolçulardan ibarət milli komandamız Rusaiyadan olan həmyaşıdlarını qəbul edir.
Newsport.az xəbər verir ki, sözügedən oyunda millimiz ciddi itki ilə üzləşib. Belə ki, rəqiblə mübarizə zamanı millimizin forvardı Elnur Cəfərov zədə alıb. Matçın 62-ci dəqiqəsində zədələnən Elnur oyunu davam etdirə bilməyib. O,yerini 64-cü dəqiqədə Abbas Hüseynova verib.
Qeyd edək ki, Elnurun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək. Futbolçu "Xəzər Lənkəran”ın əsas qol ümidlərindən biridir.