Yuti Matias “Neftçi”dən gedir “Razılığa gələ bilmədik”

"Hazırda mən müqaviləmin sonuncu 6 ayındayam. Odur ki, ilkin müqavilə (başqa klublarla - red.) imzalaya bilərəm. Mənim klubum da (“Neftçi”) müqaviləni uzaqmaqla bağlı xahiş edib. Amma yekunda biz razılığa gələ bilməmişik”.

Newsport.az xəbər verir ki, bu sözləri “Neftçi”nin mərkəz müdafiəçisi Yuri Matias bildirib. 

Braziliyalı futbolçu Rumıniyanın “Digi Sport” nəşrinə müsahibəsində bildirib ki, Azərbaycan klubu ilə müqavilənin müddətini uzadacağını düşünmür:

“Məni digər komandalar da istəyib. Amma məsələ açıq olaraq qalır. Böyük ehtimalla mən yaya qədər “Neftçi”də qalacam. Ondan sonra sərbəst futbolçu kimi gedəcəm”. 

Yuri Matias əvvəllər çıxış etdiyi Rumıniya yüksək liqasına qayıdacağını istisna etməyib.

Matias Braziliyanın “Lance” nəşrinə mediasına müsahibəsində də yeni çağışlara hazır olduğu deyib. “Mən qapıları heç bir bazar üçün bağlamıram və yeni çağırışlara hazıram”.

Onunla bu ölkənin “Rapid”, “ÇFR Kluj” klublarının maraqlandığı bildirilb.

Xatırladaq ki, 2023-cü ilin iyulunda “Neftçi” ilə 2 illik müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right