21 yaşadək futbolçulardan ibarət milli komandamız Avro 2017-nin qrup mərhələsi çərçivəsində "Bayıl Arena”da Rusiyadan olan həmyaşıdları ilə qarşılaşıb. Oyun milli komandamızın 3-0 hesablı qələbəsi ilə başa çatıb.
Newsport.az saytının məlumatına görə,matçdan sonra keçirilən mətbuat konfransında yığmamızın baş məşqçisi Yaşar Vahabzadə oyunu belə şərh edib:
"Uşaqlar nəyə qadir olduqlarını göstərdilər. Həmişə demişəm bizim uşaqlar futbol oynamağı bacarır. Məncə biraz xarakter olmalıdır. Əgər futbolçular özlərinə inansalar yaxşı nəticə əldə edə bilərlər. Mən futbolçuların buna kifayət qədər gücü çatır.”