"Turan Tovuz" Rumıniya klubuna məğlub oldu

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Turan Tovuz" bu gün ilk yoxlama oyununa çıxıb.

Newsport.az xəbər verir ki, bölgə təmsilçisi Rumıniyanın yüksək liqasında mübarizə aparan "Qloria Bizau" ilə qarşılaşıb və 0:2 hesabı ilə uduzub.

 

 

"Turan Tovuz" hazırda Misli Premyer Liqasında 32 xalla 3-cüdür. "Qloria Bizau" isə ölkə çempionatında sonuncu - 16-cı yeri tutur.

Qeyd edək ki, "Turan Tovuz" Antalyada daha bir yoxlama oyunu keçirəcək. Özbəkistan təmsilçisi "Paxtakor"la qarşılaşma yanvarın 12-nə nəzərdə tutulub.

Yoxlama oyunu

16:30. "Turan Tovuz" - "Qloria Bizau" - 0:2

Qollar: Budesku, 9, İşfan, 86





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right