"Araz-Naxçıvan" "Sumqayıt"la heç-heçə etdi

Bu gün qış hazırlıq prosesini davam etdirən "Sumqayıt" və "Araz-Naxçıvan" komandaları arasında yoxlama oyunu keçirilib.

Newsport.az xəbər verir ki, görüş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oynanılıb. Görüş 2:2 hesabı ilə başa çatıb.

 

 

Qeyd edək ki, "Araz-Naxçıvan" qış fasiləsində daha bir yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda yanvarın 11-də “Səbail”lə üz-üzə gələcək.

Xatırladaq ki, "Araz-Naxçıvan" hazırda Misli Premyer Liqasının turnir cədvəlində 39 xalla 2-ci, "Sumqayıt" isə 20 xalla 6-cıdır. 

Yoxlama oyunu

15:00. "Sumqayıt" - "Araz-Naxçıvan" - 2:2

Qollar: Nunu Rodriges, 17 (0:1), Casurbek Caloliddinov, 24 (1:1), Benni, 35 (1:2), Giorgi Karaişvili, 69-pen (2:2) 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right