Sabah” – “Şamaxı” oyununun vaxtı müəyyənləşdi

Qış təlim-məşq toplanışını davam etdirən “Sabah”la “Şamaxı” arasında keçiriləcək yoxlama oyununun vaxtı müəyyənləşib.

Newsport.az xəbər verir ki, paytaxt və bölgə təmsilçiləri yanvarın 12-də üz-üzə gələcəklər.

“Bank Respublika Arena”da təşkil olunacaq qarşılaşma saat 15:00-da başlayacaq.

Qeyd edək ki, Misli Premyer Liqasında 18 turdan sonra “Sabah” 26 xalla beşinci, “Şamaxı” isə 17 xalla yeddinci pillədədir.

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right