L`imam Seydi açıqladı: “Xəzər Lənkəran”a qayıtmağım bundan sonra bəlli olacaq”

Yay transfer dönəmində "Xəzər Lənkəran”ın böyük ümidlərlə komandaya gətirdiyi L`imam Seydinin cənub klubunda rəsmi debütü baş tutmadı.  FİFA-nın cənub klubuna tətbiq etdiyi sanksiya səbəbi ilə Seydi də digər yeniu transferlər kimi komandadan ayrıldı. Malili futbolçu Azərbaycan Premyer Liqasının digər sakini "İnter”lə rəsmi müqavilə imzaladı.  Amma malili forvard ona bəslənilən ümidləri doğrultmağda çətinlik çəkir. Bütün bunların səbəbi və və qarşıdakı planlar barədə Seydiyə müraciət etməyi üstün tutduq. O, "İnter”dəki  hazırkı durum və qarşıdakı dəyişikliklər barədə

Newsport.az saytına açıqlamasında bunları deyib:
"Bakı çox gözəl şəhərdir. "İnter”ə məxsus oteldə yaşayıram. Hər şey məni müəyyən qədər qane edir.  Düzdü maliyyə problemlərimiz var. Ödənişlərimiz gecikir. Bu həftə ərzində oktyabr ayının maaşını almalıyıq.”
 
Malili forvard geridə qalan oyunlarını dəyərləndirərkən oyunundan razı qalmadığını da bildirib: "Mən hazırkı durumumdan tam razı deyiləm. Çünki az oynamışam.  Hazırda zədəliyəm. Süni örtüklü meydançada oynamaq mənim üçün çox çətindi.  Çünki yay təlim-məşq toplanışımı və "Xəzər Lənkəran”dakı hazırlığımı təbii örtüklü meydanda keçirmişəm, bunun üçün də adaptasiya baxımından problemlər var. Nə oyndım ki, nə də qol vuram? ”
 
Forvard qışda "İnter”lə bitməkdə olan müqaviləsi barədə də fikirbildirib: "Bildiyiniz kimi qışda "İnter”lə müqaviləm başa çatır.  "İnter”də qalacağımla bağlı hər-hansı bir fikir deyə bilmərəm.  Çünki burda vəziyyətin necə olacağını heç kim  bilmir.  "Xəzər Lənkəran”ın durumu barədə də məlumatım yoxdur. Yanvarda "Xəzər Lənkəran”a qayıdacağım oradakı vəziyyəti bildikdən sonra bəlli olacaq.”
 
L`imam Seydi Bakıda  dostları olduğunu da bildirib: "Bakıda dostlarıma daha çox vaxt ayırmağı bacarıram. Burada dostlarım var. "Qarabağ”ın futbolçusu Əl Jadeyui Əlhərbi ilə münasibətim yaxşıdır. Onu Fransada oynayan zamandan tanıyıram.”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right