“Neftçi” qış təlim-məşq toplanışına Qəbələdə davam edəcək

“Neftçi” yanvarın 3-də qış təlim-məşq toplanışına start verib.

Newsport.az-ın məlumatına görə, yanvarın 5-dək “Neftçi” Futbol Mərkəzində məşq edən komandanın üzvləri toplanışın davamını yanvarın 6-dan 12-dək Qəbələ şəhərində keçirəcək. Yoxlama oyunları ilə bağlı əlavə məlumat veriləcək.

Qeyd edək ki, “Neftçi” bu il ilk rəsmi matçını yanvarın 19-da “Sabah”a qarşı keçirəcək. Misli Premyer Liqasının 19-cu turu çərçivəsində “Neftçi Arena”da baş tutacaq oyun saat 18:30-da başlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right