"Araz-Naxçıvan" bu gün məşqləri bərpa edib.
Newsport.az-ın məlumatına görə, dekabrın 22-də "Qarabağ" keçirilmiş matçdan sonra istirahətə yollanan futbolçular bu gün Buzovna qəsəbə stadionunda bir araya gəlib.
2025-ci ilin ilk məşq günündə ancaq yerli futbolçular iştirak edib. Legionerlər sabahdan etibarə məşqlərə qatılacaq.