Bu gün Avropa Çempionatının seçmə oyunları çərçivəsində 21 yaşlılardan ibarət Azərbaycan millisi rusiyalı həmyaşıdları ilə qarşılaşacaq. Bakıda keçiriləcək matçı qrupun indiki durumuna görə 4-cü yer uğrunda mübarizə kimi saymaq olar.
Newsport.az saytının məlumatına görə, Belə ki, hazırda hər millinin aktivində 3 xal olsa da şimallılar, topların daha yaxşı fərqinə görə 4-cü mövqedədi. Cari seçmə mərhələdə 6 oyuna çıxan Yaşar Vahabzadənin yetirmələrindən fərqli olaraq, ruslar 3 görüşdə qüvvəsini sınayıb. Hər iki komanda qrupdakı yeganə qalibiyyətini autsayder Farer adaları üzərində qazanıb. Bu oyundakı məğlubiyyət komandamızın qrupda qalmasını rəsmiləşdirə bilər.
Ümumiyyətlə, son 5 oyunun hamısında məğlub olan komandamızın vəziyyəti heç də ürəkaçan deyil. Hətta Avstriyada yığmamız 0:7 hesabı ilə məğlub olandan sonra bununla bağlı AFFA-da toplantı keçirildi və baş məşqçi məzəmmət edildi. Lakin buda fayda vermədi. Komandamız yenə də xal qazanmaqda acizdi.
17 noyabr
"Avro-2017"nin seçmə mərhələsi
17:00. Azərbaycan - Rusiya - 3:0
Qollar: Kerem Behnke, 11 (1:0), 38 (2:0), Elşən Abdullayev, 69-pen (3:0)
Hakimlər: Eytan Şmuelevitz, Nissan Davidi, Roy Hassan və Ziv Adler (hamısı İsrail)
"Bayıl Arena"
|
1.
|
Almaniya
|
4
|
4
|
0
|
0
|
16:1
|
12
|
|
2.
|
Avstriya
|
4
|
4
|
0
|
0
|
15:3
|
12
|
|
3.
|
Finlandiya
|
5
|
3
|
0
|
2
|
6:6
|
9
|
|
4.
|
Azərbaycan
|
7
|
2
|
0
|
5
|
5:16
|
6
|
|
5.
|
Rusiya
|
4
|
1
|
0
|
3
|
5:9
|
3
|
|
6.
|
Farer adaları
|
4
|
0
|
0
|
4
|
0:12
|
0
|