“Zirə” 3 əskiklə hazırlaşır

Premyer Liqanın XIII turunda səfərdə "Rəvan”la qarşılaşacaq "Zirə” hazırlıqları bu gündən bərpa edəcək.

Newsport.az saytının məlumatına görə, "qartallar” elə Zirədə hazırlıqları davam etdirəcək. 
 
Zirə Olimpiya Kompleksinin stadionunda məşq edəcək Adil Şükürovun yetirmələri 3 əskiklə hazırlaşacaq. Əldə etdiyimiz məlumata görə, Dieqo Qusmao Souza və Meulens Rihario zədəlidir. Nicat Qurbanov isə xəstədir. Onlar ötən həftənin sonlarında da məşq etmirdilər. Adıçəkilən oyunçuların "Rəvan”la matça qədər hazır olub-olmayacaqları bəlli deyil.
 
Qeyd edək ki, "Rəvan” – "Zirə” oyunu noyabrın 22-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right