Gürcüstanlı futbolçu Azərbaycan klubunda

Mövsümün ikinci yarısına hazırlıqları davam etdirən “Kəpəz” heyətinə yeni futbolçu qatıb.
 
Newsport.az-ın məlumatına görə, Gəncə təmsilçisi gürcüstanlı yarımmüdafiəçi Rati Ardazişvili ilə anlaşıb. 
 
Tərəflər arasında tam razılıq əldə olunub. Futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. O, bu gün Azərbaycana gələcək. 
 
Ardazişvili sabahdan komandanın məşqlərinə qoşulacaq.
 
Qeyd edək ki, 26 yaşlı oyunçunun son klubu “Samtredia” olub.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right