İranlı forvard Azərbaycan klubundan ayrıldı

Yayda “Baku Sportinq”lə müqavilə imzalamış Şahin Balicani komandadan ayrılıb.

Newsport.az saytına verilən məlumata görə, iranlı hücumçu həmin klubda qalmayıb.

Balicaninin “Baku Sportinq”lə mövsümün sonuna qədər müqaviləsi qüvvədə idi. Amma tərəflər arasında razılıq olub və müqaviləsinə xitam verilib.

Əslən Azərbaycandan olan, Ərdəbildə dünyaya gəlmiş Balicaninin karyerasına ölkəmizdə davam edəcəyi gözlənilir. Ona Premyer Liqa və birinci liqa klublarından təkliflər var. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right