Albaniya klubu “Qarabağ”ın forvardını transfer edəcək? klub rəsmisi açıqlad

“Qarabağ”ın hücumçusu Redon Cicanın Albaniyanın “Eqnatiya” klubuna keçəcəyi ilə bağlı xəbərlər yayılıb. Bunu Albaniya mətbuatı iddia edib.

Newsport.az-ın məlumatına görə"Eqnatiya”nın Cicanı qışda transfer edib-etməyəcəyini dəqiqləşdirmək üçün klubun idman direktoru Sportal.az saytına açıqlama verib.

Albaniya çempionunun rəsmisi Cica məsələsi haqda qısa və konkret danışıb. Kleydi Zenelay “Qarabağ”ın hücumçusunu transfer etmək haqda düşünmədiklərini deyib:

"Cicanı təbii ki, yaxşı tanıyırıq. Onun “Qarabağ”da çox oynamadığından da xəbərdarıq. Amma “Eqnatiya” ona maraq göstərmir. Bu mənada Cica haqda nəsə deməyim doğru olmaz".

Qeyd edək ki, Redon Cica 2023-cü il yanvarın 24-də “Tirana”dan “Qarabağ”a keçmişdi. O, 2026-cı il iyunun 30-na qədər Ağdam klubuna məxsusdur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right