Milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilədən istifadə edən klubların yoxlama matçı keçirdiyindən xəbərdarsız.
Newsport.az-ın məlumatına görə, "Qarabağ” da fasilə dönəmində "Rəvan”la oyanayıb 1:0 hesabı ilə qələbə qazandı.
Bu oyunda xüsusi diqqətçəkən məqam da yaşanıb. Belə ki, Ağdam klubunun braziliyalı futbolçusu Riçard Almeyda matçı stadiondan canlı izləyən "İmarət” fanklubunun azarkeşləri ilə görüşüb. Özü də cəm şəklində yox. Oyunun bitimindən sonra avtobusa gedərkən onu səsləyən azarkeşlərə isti münasibət göstərən Almeyda, "Qarabağ”ın digər futbolçularından fərqli, fanatlarla bir-bir görüşərək şəkil də çəkdirib.