"Sevilya" Juninyonu transfer etmək niyyətindədir. Braziliyalı futbolçu özü də getmək istəyir. Amma klublar maliyyə məsələsində razılaşa bilmirlər. "Sevilya" ucuza almaq istəyir, "Qarabağ" ən yaxşı oyunçusunu yaxşı qiymətə satmaq niyyətindədir.
Newsport.az-ın məlumatına görə, son gəlişmələrlə bağlı "Qarabağ" klubunun İdarə Heyətinin üzvü Asif Əsgərov sportal.az saytına bunları deyib:
"Danışıqlar davam edir, lakin hələ ki bir nəticə yoxdur. Juninyonu satıb, yerinə oyunçu alsaq da, onu Avropa Liqasında qarşıdakı 2 oyuna sifariş edə bilməyəcəyik. Yalnız pley-off mərhələsinə çıxsaq, mümkün olacaq".
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının Liqa mərhələsində növbəti oyunlarını yanvarın 23-də evdə Rumıniyanın FCSB və yanvarın 30-da səfərdə Yunanıstanın "Olimpiakos" klublarına qarşı keçirəcək.