"Turan Tovuz" Rumıniya klubu ilə qarşılaşacaq

“Turan Tovuz”un Türkiyədəki təlim-məşq toplanışında ilk rəqibi dəqiqləşib.

Newsport.az-ın məlumatına görə, Kurban Berdiyevin rəhbərlik etdiyi kollektiv Rumıniya Superliqasının autsayderi “Qloriya Buzau” klubu ilə qarşılaşacaq.

Görüşün vaxtı hələ müəyyən edilməyib. İkinci rəqibin kimliyi isə hələ ki, məlum deyil.

Qeyd edək ki, "Turan Tovuz" yanvarın 4-dən 13-nə qədər Türkiyənin Antalya bölgəsində toplanış keçəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right