Milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilədən istifadə edən "Qəbələ" hazırlıq oyununda qüvvəsini sınayıb. Newsport.az-ın məlumatına görə, "Qəbələ"nin U-19 komandası ilə qarşılaşan Roman Qriqorçukun yetirmələri 4 - 0 hesabı ilə qalib gəlib.