“Səbail”in də proqramı bilindi

“Səbail”in 2024-2025-ci illər mövsümünün qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.

Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Dənizçilər” mövsümün ikinci yarısının hazırlığına yanvarın 3-də başlayacaqlar. Təlim-məşq toplanışı “ASCO Arena”da baş tutacaq.

Komanda hazırlıq çərçivəsində “Araz-Naxçıvan”la yoxlama oyunu keçirəcək. Matç yanvarın 11-də gerçəkləşəcək.

Məlumatda bildirilib ki, görüşün məkanı və saatı ilə bağlı yaxın günlərdə məlumat veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right