“Araz-Naxçıvan”ın qış planında dəyişiklik

“Araz-Naxçıvan”ın qış hazırlıq planı zamanı keçirəcəyi yoxlama oyunlarının təqvimində dəyişiklik olub.

Newsport.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Komanda əvvəlcədən nəzərədə tutulduğu kimi, yanvarın 8-də klubun əvəzediciləri ilə deyil, bir gün sonra - yanvarın 9-da “Sumqayıt”la üz-üzə gələcək. Görüş “Kapital Bank Arena”da keçiriləcək.

Məlumatda bildirilib ki, oyunun başlama saatı ilə bağlı əlavə məlumat veriləcək.

Beləliklə yanvarın 5-də bir araya gələcək “qırmızı-ağlar” yanvarın 9-da “Sumqayıt”, ayın 11-də isə “Səbail”lə qarşılaşacaqlar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right