Renat Dadaşovun komandasında yeni baş məşqçi

Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi "Ankaragücü"nün yeni baş məşqçisi müəyyənləşib.

Newsport.az 1-ci liqa təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisini Kemal Özdeş çalışdıracaq.

Onunla 1,5 illik müqavilə imzalanıb. 54 yaşlı mütəxəssis bu vəzifədə Kenan Koçakı əvəzləyib.

Kemal Özdeş son olaraq "Kasımpaşa"nı çalışdırıb. O, 2023-cü ilin noyabr ayından işsiz idi.

Qeyd edək ki, "Ankaragücü" 1-ci liqada 23 xalla 8-ci pillədə qərarlaşıb.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right