Azərbaycan çempionatında ən çox sarı və qırmızı vərəqə alan komandalar bəlli olub

Misli Premyer Liqasının ilk yarısında ən çox sarı və qırmızı vərəqə alan komandalar bəlli olub.

Newsport.az-ın məlumatına görə, sarı vərəqələrə əsasən siyahının ilk pilləsində "Sumqayıt" kollektivi qərarlaşıb.

"Gənclik şəhəri" təmsilçisinin üzvləri 18 matçda 46 dəfə belə halla üzləşiblər.

"Şamaxı" (40) 2-ci yerdədir. "Kəpəz" və "Turan Tovuz" (hər ikisi 39) 3-4-cü mövqeləri bölüşürlər. "Araz-Naxçıvan" (38) 5-ci, "Səbail" (36) 6-cı, "Sabah" (34) 7-ci, "Neftçi" (33) 8-ci, "Qarabağ" (25) 9-cu, "Zirə" (22) isə 10-cu olub.

Baş hakimlər mövsümün ilk yarısında çempionat qarşılaşmalarında cəmi 6 qırmızı vərəqə göstəriblər.

"Kəpəz"dən Elmir Tağıyevlə Dioqo Verdaska, "Şamaxı"dan Brahim Konate, "Qarabağ"dan Elvin Cəfərquliyev, "Araz-Naxçıvan"dan Turan Vəlizadə, "Neftçi"dən Edvin Kuç matç vaxtı komandalarını azlıqda qoyublar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right