Koxalski “Qarabağ”da arzusuna çatıb: “Azərbaycanı tam başqa cür təsəvvür edirdim”

“Qarabağ”ın polşalı qapıçısı Mateuş Kolaxski ölkəsində “przegladsportowy.onet.pl” nəşrinə müsahibə verib.

Newsport.az xəbər verir ki, yay fasiləsində Ağdam klubuna keçən 24 yaşlı qolkiper bu seçiminə görə sevindiyini bildirib.

O, Azərbaycana köçməklə arzusunu reallaşdırdığını vurğulayıb: “Polşa nisbətən təhlükəsiz ölkədir. Ancaq Azərbaycanda təhlükəsizlik hissi daha böyükdür. Mən heç bir dava-dalaş, küçələrdə sərxoş insanlar və ya evsiz-eşiksiz insanlar görmədim. Azərbaycanı tam başqa cür təsəvvür edirdim. Burada arzumu reallaşdırdım, avrokuboklarda oynamaq üçün “Qarabağ”a gəldim”.

Qeyd edək ki, Mateuş Kolaxskinin “Qarabağ”la müqaviləsi 2027-ci ilin yayına qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right