Adil Şükürov: “Belə bir planım yoxdu” MÜSAHİBƏ

"Zirə”nin baş məşqçisi Adil Şükürovun Newsport.az saytına müsahibəsi:

 
-Yoxlama oyunu üçün niyə məhz "İnter”i seçdiniz? Güclü oyununa görə?
-Biz "İnter”in gücünü fikirləşmirdik. Bizə əsasən komandamızın oyunu vacibdir.  Bizə əslində Azərbaycan Premyer Liqasının XIII turunda baş tutacaq "Rəvan”la matçı fikirləşirik.  Buna görə də, yoxlama görüşündəki rəqibin kimliyinin önəmi yox idi. 
 
-Yoxlama oyunu olmasına baxmayaraq futbolçuların oyunundan razı qaldınızmı?
-Bu oyunda əvvələr şans qazana bilməyən futbolçulara şans verdim. Oyunun böyük əhəmiyyəti gən futbolçulara şans vermək idi. 
 
-Komandada hansı problemlər, nə kimi çətinliklər var?
-Böyük problemimiz yoxdur.  Bəzi  zədəlilərimiz var. Bu isə futbolda olan şeylərdi.
 
-Hər bir məşqçinin hədəfi olur. XII turdan sonra "Zirə” III pillədə qərarlaşıb. Komanda planınıza uyğun hərəkət edir?
-Əvvəldən belə bir planımız yox idi.  Hər oyuna  və hər rəqibə qarşı ciddi hazırlaşırıq. Düşünürəm ki, bunun bəhrəsini görürük. 
 
-Komandanın qış planları necədir?
-Bu barədə konkret bir şey hazırlamamışıq.  Fasilənin startında uşaqlara 1-2 həftə istirahət verəcəyəm. Daha sonra yığışıb qərar verəcəyik. 
 
-Yaxınlarda Çmezi Mbahı göndərəcəyinizlə bağlı xəbərə rast gəlmişdim.  Bu məsələ doğrudurmu?
-İlk dəfədi sizdən eşidirəm. 
 
-Ümumiyyətlə qış fasiləsi üçün "qara siyahı”nızı müəyyənləşdirmisinizmi?
-Qarşıda bizi uzun marafon gözləyir.  Biz hər bir futbolçumuzun imkanlarından istifadə etməyə çalışırıq. 
 
-Qışda hansı mövqeləri gücləndirə bilərsiniz?
Hələ ki, belə bir planım yoxdur. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right