"Turan Tovuz"un futbolçusu əməliyyat olundu

"Turan Tovuz"un futbolçusu Faiq Hacıyev cərrahiyə əməliyyatı olunub.

Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Sol qasıq kanalında yırtıq diaqnozu qoyulan futbolçunun əməliyyatı uğurlu keçib. İstanbulda Türkiye xəstəxanasında baş tutan əməliyyatdan 2 gün sonra Havcıyev ev şəraitində mülicəyə buraxılacaq. O, həkimlərin rəyindən asılı olaraq təxminən bir həftə sonra fərdi məşqlərə başlaya biləcək.

Qeyd edək ki, 25 yaşlı müdafiəçi bu mövsüm 18 oyuna çıxıb, 2 qol vurub və 2 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right