“Qarabağ”ın rəqibindən qələbə

Rumıniya çempionatında 21-ci tura yekun vurulub. 

Newsport.az xəbər verir ki, turun son oyununda UEFA Avropa Liqasında “Qarabağ”ın rəqiblərindən olan FCSB səfərdə “Poli İaşi” ilə üz-üzə gəlib. Matç qonaqların qələbəsi ilə yekunlaşıb. 

“Poli İaşi” - FCSB - 0:2
Qollar: Darius Olaru, 44; 76

Bu qələbə sayəsində FCSB xallarının sayını 37-yə çatdırıb. Buxarest təmsilçisi hazırda “Universitatya Kluj”la birgə turnir cədvəlində 1-2-ci yerləri bölüşdürür. 

Qeyd edək ki, FCSB  "Qarabağ"la Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunda, gələn il yanvarın 23-də Bakıda qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right