Armenteros haradadır?

Milli komandaların oyunları ilə əlaqədar olaraq Azərbaycan Premyer Liqasında bir neçə günlük fasilə yaranıb. Yarnanan fasilədən istifadə edən "Qarabağ” ötən gün "Rəvan”la yoxlama matçı keçirib.

Newsport.az-ın məlumatına görə, qarşılaşma "Qarabağ”ın 1-0 hesablı qələbəsi ilə başa çatıb. "Qarabağ”ın yeganə qoluna 8-ci dəqiqədə Cavid Tağıyev imza atıb.

 
Qarşılaşmada diqqətimizi çəkən məqamlardan biri "Qarabağ”ın isveçli forvardı Samuel Armenterosun oynmaması idi. Futbolçu oynamamaqla yanaşı komandasının oyununu tribunadan da izləmirdi. Məsələni araşdırdıqdan sonra bəlli oldu ki, Samuel hazırda Bakıda deyil. O, fasilə zamnı rəhbərlikdən icazə alaraq bir neçə günlük ölkəsinə ailəsinə baş çəkməyə yollanıb.  
Ağdam klubunun heyətində 8 oyuna 4 qol vuran futbolçu yaxın günlərdə yenidən düşərgədə olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right