“Zədədən sonra yenidən meydana qayıtdığım üçün xoşbəxtəm”

“Zədədən sonra yenidən meydana qayıtdığım üçün xoşbəxtəm”.

Newsport.az xəbər verir ki, bunu Türkiyənin “Ankaragücü” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov şəxsi “İnstagram” hesabında yazıb.

Ötən gün 1-ci Liqanın 17-ci turunda “Çorum”la heç-heçə etdikləri oyunun 61-ci dəqiqəsində meydana çıxan forvard qarşılaşmanın asan olmadığını bildirib:

“Komandamızın böyük əməyi və azarkeşlərimizin heyrətamiz dəstəyi ilə xal qazana bildik”.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right