"Qarabağ" bu komanda ilə qarşılaşacaq

“Kəpəz”in dövrələrarası fasilə dövrü üçün qış hazırlıq planı müəyyənləşib. Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda yanvarın 2-də Gəncədə bir araya gələcək.

Heyət Məşq Mərkəzində bir həftəlik təlim-məşq toplanışı keçirəcək. Çempionata hazırlıq müddətində yoxlama oyunları da nəzərdə tutulub. Rəqiblərdən biri artıq məlumdur. “Kəpəz” yanvarın 9-da “Qarabağ”la qarşılaşacaq. Matç Bakıda olacaq.

Qeyd edək ki, “Kəpəz” Misli Premyer Liqasında növbəti oyununu “Turan Tovuz”a qarşı keçirəcək. XIX tur matçı yanvarın 17-19-u aralığında baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right