Azərbaycan çempionatının ilk yarısında keçirilmiş oyunlarda 140 mindən çox azarkeş olub

Misli Premyer Liqasının 2024/2025 mövsümünün ilk yarısında keçirilmiş 90 oyunda 144 min 355 tamaşaçı qeydə alınıb.

Newsport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, orta göstərici 1604-ə bərabər olub.

İlk 18 turun rekordu X turun “Neftçi” – “Qarabağ” matçında gerçəkləşib. “Neftçi Arena”ya 7069 seyrçi toplaşıb. Antirekord isə XI turun “Araz-Naxçıvan” – “Zirə” görüşünə məxsusdur – 80 tamaşaçı.

Klubların ev oyunlarındakı orta göstəricidə “Turan Tovuz” böyük üstünlüyə malikdir. “Neftçi” ikinci, “Sumqayıt” üçüncüdür. Bu üç komanda ümumi orta göstəricidən yüksək nəticəyə sahibdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right