Coşqun Diniyev: “Qol vuracam ki, evdə atamla, qardaşımla zarafat edə bilim” MÜSAHİBƏ

"Qarabağ”ın futbolçusu Coşqun Diniyevin Newsport.az saytına müsahibəsi:

 
- Millimiz sabah Moldova ilə yoxlama oyunu keçirəcək. Milliyə çağırılmamağına səbəb nədir?
- Baş məşqçimizin qərarıdır. Hörmətlə yanaşırıq. Kimi hazır sayırsa, onu da milliyə çağırır. Millimizə Moldova ilə oyunda uğurlar arzu edirəm. İnşallah qələbə qazanarıq.
 
- "Rəvan”la yoxlama oyunu barədə nə deyə bilərsən?
- Milli komandaların oyunlarına görə, Premyer Liqada fasilə yaranıb. Düşünürəm ki, yığmaya dəvət almayan futbolçular ən azından 1 yoxlama görüşündə meydana çıxmalıdırlar. "Rəvan” üzərində sonuncu dəfə çətin minimal hesablı qələbə qazanmışdıq. Yoxlama oyunu olmasına baxmayaraq, onların oyuna istəkli çıxacaqlarını bilirdik. Bizim üçün yaxşı oyun oldu.
 
- "Rəvan” "Qarabağ” üçün layiqli sınaqçı-rəqib idi?
- Hazırda Azərbaycanda zəif komanda yoxdur. Çempionatın oyunları da bunu göstərir. İstənilən zəif komanda güclü komandadan xal ala bilir. "Rəvan”la çempionat oyununda da çətin qələbə qazanmışdıq. Düşünürəm ki, maraqlı sınaq alındı.
 
- Qarşıdan "Kəpəz”lə oyun gəlir. Atanın komandasına qol vuracağını düşünmürsən?
- Artıq atamın komandasına qarşı oynamağa öyrəşmişəm. Birinci dövrədə ilk oyunumu öynamışdım atamın komandasına qarşı. Düşünürəm ki, mənim üçün adi oyun olacaq. Çalışacam ki, ikinci oyunda da qol vurub evdə atamla, qardaşımla zarafatlaşa bilim. 
 
- "Kəpəz”lə oyundan sonra Avropa Liqasının qrup mərhələsində "Tottenhem”lə qarşılaşacaqsınız. Bu oyundan nə gözləyirsən?

- Həmin gün Azərbaycan üçün, özümüz üçün çalışacağıq. İnşallah ötən mövsüm edə bilmədiyimizi bü mövsüm bacarıb qrupdan çıxamağa çalışacağıq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right