Millimizin kapitanı: “Əlimizdən gələn hər şeyi edib qələbə qazandıq”

"Digər oyun bizi maraqlandırmırdı. Meydana öz oyunumuzu düşünərək qələbə üçün çıxmışdıq”.
Newsport.az-ın məlumatına görə, bu sözləri 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Bəhlul Mustafazadə deyib.
 
AVRO-2016-nın seçmə mərhələsində V qrupda Bakıda keçirilən oyunlarda mərhələ adlaya biləyən millimiz son oyunda Bosniya və Hersoqovunanı məğlub etdi (1:0). Bəhlul isə millimizin seçmə mərhələdəki yeganə qolunu vurdu. Oyundan sonra kapitan müdafiəçimiz "CBC Sport” telekanalına müsahibə verib:

"Qələbə qazandıq. Amma bu, qismən qələbə oldu. Çünki mərhələni adlaya bilmədik. Hesabı 2:0 edib şansımızı artırmaq istədik, alınmadı. Fasilədən sonra ikinci qolu vurmağa çalışdıq. Məqsəd ikinci qolu vurub, top buraxmamaq idi. İkinci istəyimiz baş tutsa da, qol vura bilmədik. Amma digər tərəfdən, paralel oyunda Türkiyə millisi qalib gəldiyindən hesabın neçə olması heç nəyi dəyişdirməyəcəkdi. Bununla belə, 3 əsas oyunçumuzun yoxluğunda əlimizdən gələn hər şeyi edib qələbə qazandıq. Buna görə futbolçulara təşəkkür edirəm”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right