"Şamaxı" "Sabah"ı, "Qarabağ" "Araz-Naxçıvan"ı məğlub etdi Yenilənib

Bu gün Misli Premyer Liqasında 18-ci tura yekun vurulacaq.

Newsport.az-ın məlumatına görə, sonuncu - 3-cü oyun günündə 2 matç keçiriləcək. 

Əvvəlcə "Şamaxı" "Sabah"ı qəbul edəcək. Görüş saat 14:00-da başlayacaq. 

Bu komandalar arasında 1-ci dövrənin matçında 2:2 hesabı qeydə alınıb. 

Hazırda isə turnir cədvəlində "Sabah" 26 xalla 5-ci, "Şamaxı" 14 xalla 8-cidir.

Tura və ilə isə “Qarabağ” – “Araz-Naxçıvan” oyunu ilə yekun vurulacaq. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 16:30-da başlayacaq. 

Sözügedən komandalar arasına ilk görüşdə Ağdam təmsilçisi 4:1 hesablı qələbə qazanıb.

Turnir cədvəlində "Qarabağ" 44 xalla 1-ci, "Araz-Naxçıvan" 39 xalla 2-cidir. "Qarabağ" artıq qış çempionu olacağını dəqiqləşdirib. 

Misli Premyer Liqası, 18-ci tur

22 dekabr

14:00.“Şamaxı” – “Sabah” 3:1

Qollar: Edqar Ədilxanov, 23(1:0), Pavol Safranko, 38, Pusi,55, Mikels,62
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əli Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Vüsal Məmmədov

Şamaxı şəhər stadionu

16:30.“Qarabağ” – “Araz-Naxçıvan” 2:0

Qollar: Yassin Benzia, 41, Abdullah Zubir, 71
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov
VAR: Rauf Cabarov
AVAR: Akif Əmirəli

Tofiq Bəhramov adına Respublika Stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right