Milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilədən istifadə edən klublar yoxlama oyununda qüvvəsini sınamaqda davam edir.
Newsport.az-ın məlumatına görə, "İnter Arena”da paytaxt derbisi reallaşıb.
"İnter” "Zirə” ilə qarşılaşmadan qalib ayrılıb. Mirsahib Abbasovun ikinci hissədə penaltidən vurduğu qol matçda yeganə olub.