Tovuzda heç-heçə, "Zirə" "Səbail"ə qalib gəldi Yenilənib

Misli Premyer Liqasında 18-ci tur davam edir. 

Newsport.az xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçirilib. 

Əvvəlcə “Turan Tovuz” öz meydanında “Neftçi”ni qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Hazırda Tovuz klubu 32 xalla turnir cədvəlində 3-cü, “Neftçi” isə 17 xalla 7-ci pillədə qərarlaşıb. 

“Neftçi” bu matça itkilərlə çıxıb. Komandanın aparıcı üzvü Emin Mahmudov zədə səbəbindən oyunöncəsi məşqdə iştirak etməyib. Zədədən sonra bərpa dövründə olan Rafael Quzzo, Rəhman Hacıyev və Dembo Darbo isə fərdi məşqlə kifayətləniblər. 

“Turan Tovuz” öz meydanında “Neftçi” ilə üz-üzə gəlib. Matç 1:1 hesablı bərabərliklə bitib. 

Günün ikinci qarşılaşmasında isə “Səbail” öz meydanında “Zirə”ni qəbul edib. Görüş "qartallar"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, Hazırda Rəşad Sadıqovun bu ilin son oyununda qələbə qazanmaqla xalını komandası 30-a qaldırıb. “Zirə” ili 4-cü yerdə başa vurub.

Cavid Hüseynovun gəlişindən sonra da qara zolaqdan çıxa bilməyən “Səbail” artıq 10 turdur qələbə üzünə həsrətdir və sonuncu yerdədir. Bir müddət uğursuzluq zolağına düşən “Zirə” isə sonradan toparlanmağı bacardı. Rəşad Sadıqovun komandası son 4 turda 10 xal toplayıb. 

Qeyd edək ki, dünən start götürən 18-ci tura sabah keçiriləcək iki qarşılaşma ilə yekun vurulacaq. 

Misli Premyer Liqası

18-ci tur

21 dekabr

18:30. “Səbail” - “Zirə” - 0:1 

Qol: Georgi Papunaşvili, 78
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
“ASCO Arena”

16:00. “Turan Tovuz” - “Neftçi” - 1:1

Qollar: Filip Ozobiç, 45 (0:1), Aleks Souza, 54 (1:1)
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev
VAR: Rauf Allahverdiyev
AVAR: Eyyub İbrahimov
Tovuz şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right