“Qarabağ”ın futbolçusu uzun fasilədən sonra yaşıl meydanlara döndü

Milli komandaların oyunları ilə əlaqədar Premyer Liqamızda yaranmış fasilədən istifadə etməyə çalışan klublar yoxlama matçlarında qüvvəsini sınayır.
Newsport.az-ın məlumatına görə, "Qarabağ” da belə tmsilçilərimizdən biridir.

 
Ağdam klubu hazırda "Rəvan”la oynayır. Saat 12:00-da "İnter Arena”da başlayan görüşdə əlamətdar olay da yaşanıb. Belə ki, "Qarabağ”ın uzun müddətdi zədəli olan futbolçusu Namiq Ələsgərov yaşıl meydanlara dönüb. Oyunun gedişində Cavid Tağıyevi əvəzləyən sabiq "Bakı”lı 7 ay yarımdan sonra oyuna çıxıb. 
 
Xatırladaq ki, gənc və perspektivli futbolçu AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində martın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan və Malta milli komandaları arasında keçirilmiş oyunda zədələnmişdi. Ardından Almaniyanın Plattlinq şəhərində cərrahiyə əməliyyatına məruz qalan hücumçu apreldən fizioterapiya kursuna başlamışdı. Son 1 aya yaxın müddətdə fərdi çalışmalarla bərpa prosesini bitirən Ələsgərov artıq oyunlara da çıxır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right