Bu gün Misli Premyer Liqasında XVIII tura start veriləcək.
Newsport.az xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
"Kəpəz" ev oyununda "Sumqayıt"ı qəbul edəcək.
Qeyd edək ki, tura 22 dekabrda yekun vurulacaq.
Premyer Liqa
XVIII tur
20 dekabr (cümə)
16:00. "Kəpəz" – "Sumqayıt" 0-0
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Teymur Teymurov, Əkbər Əhmədov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elman Musayev
Tovuz şəhər stadionu.