FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Newsport.az xəbər verir ki, Azərbayca millisinin sıralamadakı mövqeyi dəyişməyib. Bu barədə AFFA-nın saytı məlumat yayıb.
Millimiz 1158,7 xalla 117-ci yerdə qərarlaşıb.
Siyahıya 1867.25 xalla Argentina yığması liderlik edir. Fransa 2-ci (1859.78 xal), İspaniya isə 3-cüdür (1853.27 xal).