Namiq Ələsgərov: “10-15 dəqiqə oynamağa gücüm çatar” MÜSAHİBƏ

"Bu qədər aradan sonra oynamaq çətindir. Gücüm bir azdır. Çalışacam ki, ən qısa zamanda əvvəlki formamı bərpa edim”.

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ”ın futbolçusu Namiq Ələsgərov deyib. 
 
Təxminən 7,5 aylıq fasilədən sonra yaşıl meydanalara dönən gənc hücumçu "Rəvan”la yoxlama matçında sonradan meydana çıxaraq futbol həsrətinə son qoyub. Görüşdən sonra isə Əlsəgərov media nümayəndələrinə müsahibə verib.
 
- Əvvəlki formanı bərpa etmək çətin olmayacaq ki?
- Əlbəttə, bunu etmək çətin olacaq. Amma öhdəsindən gəlməyə çalıçacam.

- Əvvəlki Namiqi görmək üçün nə qədər vaxta ehtiyac var?
- Nə deyim, vallah. Özümdən də çox şey asılıdır. Çalışacam məşqlərdə öz üzərimdə daha çox işləyib "arıtırım”. Hər dəfə oyunda oynamaq lazımdır. Heç olmasa, hər həftə bir qədər oyun tempini hiss etməliyəm. Bu mənada yoxlama oyunu lap göydəndüşmə oldu. 
 
- Çempionat oyunlarında hardasa son 10-15 dəqiqədə oynamağa özünü hazır hiss edirsən?
- Bu məşqçinin qərarından asılır. Məncə, 10-15 dəqiqə oynaya bilərəm. Gücüm buna çatar. Həm də yavaş-yavaş oynamaq lazımdır ki, əvvəlki formamı daha tez bərpa edim. 
 
- Bu günkü oyundan sonra Qurban Qurbanov sənə nəsə dedi?
- Xeyr, fərdi olaraq heç nə demədi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right