Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov Türkiyənin “Ankaragücü” klubunda növbəti oyununu keçirib. Newsport.az xəbər verir ki, onun komandası Türkiyə Kubokunun 5-ci təsnifat mərhələsinin oyunları çərçivəsində səfərdə "Menemen" ilə üz-üzə gəlib.
Görüş Ankara klubunun 3:2 hesablı qələbəsi ilə nəticələnib. Bu qalibiyyət sayəsində “Ankaragücü” adını turnirin qrup mərhələsinə yazdırıb.
Start heyətində yer almayan Dadaşov 90+4-cü dəqiqədə meydana daxil olub.