Bu gün 19 yaşadək futbolçulardan ibarət yığmalar arasında Bakıda keçirilən Avropa çempionatının seçmə mərhələsinin qrup oyunlarına yekun vurulub.
Newsport.az-ın məlumatına görə, millimizin yer aldığı 5-ci qrupda daha iki oyun keçirilib.
Nazim Süleymanovun komandası bu dəfə Bosniya və Hersoqovina yığması ilə qarşılaşacaq. Keçirdiyi hər iki görüşdə məğlub olan millimiz qrup səddini aşıb "Elit-raund"a vəsiqə qazanmaq üçün bu matçda ən azı 2 qolla qələbə qazanmalı, qrupun digər oyununda isə Türkiyə Ukraynaya uduzmalı idi. Millimizlə yanaşı Türkiyə də qalib gəlib. Bununla da komandamız qrupda qalıb, Türkiyə və Ukrayna isə elit-raunda vəsiqə qazanıb.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan millisi ilk oyununda Ukraynaya 0:4, daha sonra Türkiyəyə 0:1 hesabı ilə uduzub.
15 noyabr
Avropa çempionatının seçmə mərhələsi
18:00. Azərbaycan - Bosniya və Hersoqovina - 1:0
Qol: Bəhlul Mustafazadə, 41 (1:0)
Qırmızı vərəqə: Lediç, 74 (Bosniya)
Hakimlər: Eiko Saar, Neeme Neemleyd (hər ikisi Estoniya), Ousteyn Ytterland, Tore Hansen (hər ikisi Norveç)
Bakı. "Bayıl Arena".
18:00.Ukrayna - Türkiyə - 3:4
Qollar: Şved, 3 (1:0), Şecebetun, 15 (2:0), Pikalonok, 29 (3:0), Əbdürrəhman Canlı, 49 (3:1), Cengiz Ünder, 70-pen. (3:2), Berkay Özcan, 76 (3:3), Muammer Bəşir, 78 (3:4)
Qırmızı vərəqələr: Senitsia, 69 (Ukrayna), Mixayliçenko, 71 (Ukrayna)
|
1.
|
Türkiyə
|
3
|
2
|
0
|
1
|
6:5
|
6
|
|
2.
|
Ukrayna
|
3
|
2
|
0
|
1
|
10:5
|
6
|
|
3.
|
Azərbaycan
|
3
|
1
|
0
|
2
|
1:5
|
3
|
|
4.
|
Bosniya və Hersoqovina
|
3
|
1
|
0
|
2
|
3:5
|
3
|