“Qarabağ”dan çətin qələbə Yenilənib

Bu gün Misli Premyer Liqasında 3-cü turdan təxirə salınmış oyun keçiriləcək. Newsport.az xəbər verir ki, “Şamaxı” öz meydanında “Qarabağ”ı qəbul edəcək.

Şamaxı şəhər stadionunda təşkil olunacaq qarşılaşma saat 14:00-da start götürəcək.

"Qarabağ" qələbə qazanacağı təqdirdə, ən yaxın izləyicisi "Araz Naxçıvan"la aradakı xal fərqini 5-ə çatdıracaq və 2024-cü ilin son turundakı nəticəsindən asılı olmayaraq, dövrələrarası fasiləyə qış çempionu kimi yollanacaq.

Misli Premyer Liqası

3-cü turdan təxirə salınmış oyun

19 dekabr

14:00. “Şamaxı” – “Qarabağ” 0:1

Qol: Musa Qurbanlı, 90+4

Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Teymur Teymurov, Rauf Allahverdiyev

VAR: İnqilab Məmmədov

AVAR: Namiq Hüseynov

Şamaxı şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right