Qurban Qurbanov: “Ciddi tədbir görülməlidir” MÜSAHİBƏ

"Futbolçular bir az yorğun idi. Sırf bu oyun hazırlaşmamışdıq. Amma yoxlama oyunu olmağına baxmayaraq, futbolçuların hazırlığı baxımından xeyirli matç oldu. İstəyimiz onların oyun ritmini qorumaq idi”.

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
 
Premyer Liqada yaranmış fasilədən istifadə edən Ağdam klubu bu gün yoxlama oyunu keçirib. "Atlılar” "İnter Arena”da "Rəvan”ı 1:0 hesabıyla üstələyib. Oyundan sonra isə Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
 
- Armenterosu artıq 30-cu dəqiqədə əvəzlədiz. Onu qoruyurduz?
- Yox, oyunun 10-cu dəqiqəsində ayağına zərbə aldı. Ayağında ağrılar var idi,  ona görə də əvəzlədim.
 
- Çempionatın geridə qalan bölümündə artıq 2-ci sıradakı "Qəbələ” ilə xal fərqini 7-yə çatdırmısız. Qorxmursuz ki, futbolçular Premyer Liqa oyunlarına özünəarxayın şəkildə çıxa? Məsələn, "Tottenhem”lə görüşdən əvvəl "Kəpəz”lə matç var. Futbolçular arxayın şəkildə, Avropa Liqası oyununu fikirləşərək meydana çıxa bilər?
- Qətiyyən yox. Çünki əvvəllər də demişdim ki, hər oyunda maksimum nəticə üşün oynamalıyıq. Bu gün "Qəbələ” o xalları itiribsə, sabah bu, bizim də başımızagələ bilər. Onsuz da son matçlarımız çətin alınır. Bütün rəqiblər bizə qarşı böyük istəklə mübarizə aparır. Ona görə də rahatlaşmaq olmaz.
 
- Rəşad Sadıqovun zədəsi yazıldığı kimi olsa, "Tottenhem”lə oyunda olmayacaq. Bəs onun yoxluğunu necə dolduracaqsız? Nəzərə alaq ki, Vladimir Dimitrovskidən də yalnız Premyer Liqa oyunlarında yararlana bilirsiz...
- Gəlin hələ tələsməyək. Rəşadın durumunu hələ bilmək olmaz. Hər şey yaxşılığa doğru gedir. İnanıram ki, "Tottenhem”lə matçda Rəşadın xidmətindən istifadə edə biləcəyik. Hələ ki müalicə olunur. Olmasa, bu artıq sonrakı işdi, bunun barədə də düşünəcəyik. 
 
- "Qarabağ” adına ölüm-dirim matçı kimi olacaq. Rəqib çox güclüdür. İngiltərə Premyer Liqasının aparıcı klublarındandır. Azarkeşlərə nəsə sözünüz var?
- Ölüm-dirim deməzdim. "Tottenhem”in gücü məlumdur. Azarkeşlər üçün də onları meydanda izləmək maraqlı olardı. Hətta bir anlıq özlərini İngiltərə Premyer Liqasındaymış kimi hiss edə bilərlər. Biz çalışacağıq ki, rəqibə qarşı düzgün oynayıb, sona qədər vuruşaq. Hər nə qədər çətin də olsa, əlimizdən gələnin artığını etməliyik ki, bu oyunda lazımi nəticəni əldə edək. Futbolçuların hamısını bunu dərk edir və inanıram ki, uğur bizim tərəfimizdə olacaq. Yetirmələrim  bu il ən yaxşı oyununu göstərməlidir. Azarkeşlər də düşünürəm ki, həmişəki kimi yenə bizimlə bərabər olacaqlar. Son ev oyununda xüsusən seçiləcəklər. Düşünürəm ki, bir yerdə uğurlu nəticə əldə etmək olar. Mümkünsüz heç nə yoxdu.
 
- Mahid Mədətov millidən intizamsızlığa görə qovulub. Onunla söhbətiniz oldumu?
- Hələ söhbət olmayıb. Amma heç bir milli üzvünün haqqı yoxdu ki, özünü yığmanın düşərgəsində initizamsız şəkildə aparsın. O cümlədən, "Qarabağ”dan milliyə gedən hər bir futbolçuya tövsiyə edirəm ki, özlərini yaxşı tərəfdən göstərsinlər. Olayı canlı görməmişəm, nə də Nazim müəllimlə danışmışam. Amma yazılamlara əsaslansaq, yeni-yeni futbola başlayan bir nəfərin belə etməsi yolverilməzdir. Mahirlə ciddi söhbətim olacaq. Açığı, bu məni bir qədər təəccübləndirdi. Çünki "Qarabağ”ın düşərgəsində olarkən belə bir addımını görməmişdim. Ona görə də bu hal məni təəccübləndirdi, həm də təəssüfləndirdi. Heç bir oyunçuya güzəşt edilməyəcək. Zəif-güclü, yaşlı-cavan olmasından asılı olmayaraq. Onların vəzifəsi meydana çıxıb intizamı qorumaq, məşqçinin tapşırığını yerinə yetirməkdir. Onların başqa bir işi, fikri olmamalıdır. Həm məşqdə, həm məşqdən kənarda, həm də oyunda. 
 
- Belə bir futbolçunun "Qarabağ”ın adına xələl gətirməsinə imkan verməzsiz də yəqin?
- Səhvsiz insan olmur. Bəzən məşqçi güzəştə gedə bilər. Amma eyni futbolçudan hər addımbaşı nəsə mənfi bir şey eşidirsənsə, ciddi tədbir görülməlidir.
 
- Coşqun Diniyev, Elvin Yunuszadə kimi milliyə namizədlər var "Qarabağ”da. Millidə 2 gün sonra Moldova ilə qarşılaşacaq. Amma adları çəkilənlər yığmaya dəvət almayıb. Sizcə, Prosineşki ədalətsiz davranmayıb?
- Məncə, yox. Onların oyunu Prosineçkini razı salsaydı, o, dəvət göndərərdi. Hər dəfə yeni futbolçu görürük millidə. Deməli, son oyunlara baxıb qərar verir. Fikrimcə, son dövrlərdə millini haqq edənlər dəvət alır. Deməli, Prosineçkinin seçimi doğrudur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right