“Şamaxı” üçün 20 matçlıq sindrom

Sabah Misli Premyer Liqasında 3-cü turdan təxirə salınmış oyun keçiriləcək.

Newsport.az xəbər verir ki, “Qarabağ”ı qəbul edəcək “Şamaxı” iddialı rəqibi önündə sindromu qırmağa çalışacaq.

Belə ki, “Şamaxı” artıq 20 matçdır “Qarabağ”a qalib gələ bilmir. Şamaxılılar sonuncu dəfə 6 il əvvəl – 2018-ci ilin oktyabrında Ağdam təmsilçisindən 3 xal almağı bacarıb. Üstəlik, Premyer Liqa çərçivəsində son 6 qarşılaşmanın hamısında “Qarabağ” qalibiyyət sevinci yaşayıb.

Qeyd edək ki, sabah keçiriləcək “Şamaxı” – “Qarabağ” görüşü saat 14:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right