Fatih Terim “Neftçi”yə gəlir?

“Neftçi” mövsümün sonunda yenidən baş məşqçi dəyişikliyinə gedə bilər.

Newsport.az xəbər verir ki, bu iddia ilə Türkiyə mətbuatı çıxış edib.

“Qalatasaray”ın əfsanəvi çalışdırıcısı Fatih Terimin adı yenidən “ağ-qaralar”la birgə hallanıb. Hələ Adrian Mutunun vaxtında qardaş ölkə mətbuatı Terimlə danışıq aparıldığını yazmışdı. Lakin Bakı klubu fərqli qərar qəbul etmişdi.

Görünür, yerli KİV 71 yaşlı mütəxəssisi Azərbaycana “yollamaqda” israrlıdır. Halbuki paytaxt təmsilçisi baş məşqçi postuna bir müddət əvvəl Samir Abasovu gətirib. Lakin nəticələrdən asılı olaraq vəziyyətin dəyişməsi istisna deyil.

Qeyd edək ki, “Neftçi” hazırda 16 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right