İlin futbolçusu: Santuş və Hüseynov kimlərə səs verib?

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş və kapitanı Bədavi Hüseynovun FIFA-nın ilin ən yaxşı futbolçusu sorğusunda kimlərə səs verdiyi müəyyənləşib. Newsport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis qalibi tapa bilməyib.

O, ilin ən yaxşı futbolçusu seçilən “Real”ın hücumçusu Vinisius Junioru ikinci yerə layiq bilib. Santuşun fikrincə, 2024-cü ilin ən yaxşısı “Barselona”nın yarımmüdafiəçisi Lamin Yamaldı. Çalışdırıcının ilk “üçlüy”ünü isə “Mançester Siti”li Rodri qapayıb.

Maraqlıdı ki, Bədavi baş məşqçisinin ən yaxşı hesab etdiyi Yamalı heç ilk “üçlüy”ə layiq bilməyib. Müdafiəçi Vinisiusun adını ilk pillədə göstərib. O, Rodrin ikinci, “Real”ın müdafiəçisi Dani Karvahalı üçüncü yerə layiq bilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right