Azərbaycanın legioner futbolçusu klubundan rəsmən ayrıldı Bu komandaya keçdi

Bolqarıstanın yüksək liqa təmsilçisi "Arda" klubu Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovla yolları ayırıb.

Newsport.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib. 21 yaşlı müdafiəçi ilə müqavilə qarşılıqlı şəkildə ləğv olunub. 

C.Hüseynov karyerasını yenidən Azərbaycanda davam etdirəcək. Məlumatda bildirilib ki, o, "Şamaxı" klubunda çıxış edəcək.

Azərbaycanlı futbolçu 2023-cü ilin yayından "Arda"da çıxış edirdi. O, bu komanda ilə bütün turnirlərdə 45 matçda iştirak edib, 1 qol vurub.

Qeyd edək ki, C.Hüseynov "Arda"ya keçməzdən əvvəl Azərbaycanda "Zirə" və "Şamaxı"da oynayıb. 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right